Yunanıstanda miqrant gəmisinin batması nəticəsində azı 79 nəfər ölüb, yüzlərlə insan itkin düşüb

1

Yunanıstan sahillərində miqrant gəmisinin batması nəticəsində azı 79 nəfər ölüb.
QafqazTürk.com xarici mətbuata əsasən xəbər verir ki, Yunanıstan hökuməti hadisə ilə əlaqədar üç günlük matəm elan edib.
Yunanıstan mətbuatının yazdığına görə, Sahil Mühafizəsi gəmidəki insanlarla bir neçə dəfə əlaqə saxlayıb və kömək təklif etsə də, onlar bundan imtina edərək “İtaliyaya getməkdən başqa heç nə istəmirik” cavabını veriblər.
Ölənlərin milliyyəti hələlik açıqlanmayıb. Sağ qalanlar Kalamata şəhərinə aparılıb və bir çoxu hipotermiya və ya yüngül xəsarətlərlə xəstəxanada müalicə olunub.
Bundan başqa, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları insan alverində şübhəli bilinən 3 nəfəri saxlayıb.
Məlumat üçün bildiririkki,gəmi Liviyadan İtaliyaya gedirdi və gəmidəkilərin çoxu gənclər idi. Qayıq Pilosdan təxminən 80 kilometr cənub-qərbdə batıb.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Bu ölkədə dronlarla karqo xidməti başladı
Öncəki yazı
15 İyun Hərbi Polis Günüdür