Yunanıstan meşə yanğını ilə mübarizə aparır. Afina yaxınlığında baş verən yanğın Paleo-Fokea qəsəbəsinə çatıb. Yaşayış binası və istirahət kompleksi yanıb. Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.
Yanğının söndürülməsinə 20-dən çox təyyarə və helikopter cəlb olunub.