Another advertisement
Yunanıstanda baş verən meşə yanğınında bir nəfər ölüb, 18 nəfər isə xəsarət alıb.
QafqazTürk media xəbər verir ki, bu barədə yunan mətbuatı xəbər yayıb.
Verilən məlumata görə, mərhumun cəsədi Vrilisi şəhərinin kənarındakı yanan binalardan birində aşkar edilib.
Məlumat üçün bildirək ki, yanğınsöndürənlər artıq üçüncü gündür ki, Yunanıstanın paytaxtı Afina yaxınlığında meşə yanğını ilə mübarizə aparır. Yunanıstanın Avropa İttifaqına kömək üçün müraciətindən sonra Avropa Birliyi ölkələri dünən Yunanıstan yanğınsöndürənlərinə kömək ediblər.