Yunanıstanda iki gürcü dənizçi həlak olub.
QafqazTürk.com xəbər verir ki,bu barədə Dəniz Nəqliyyatı Agentliyi məlumat yayıb.
Bildirilir ki,dənizçilərdən biri İqoumenitsa limanında xidməti vəzifələrini yerinə yetirərkən xəsarət alıb, nəticədə o, klinikada dünyasını dəyişib.
İkinci dənizçiyə gəlincə, agentliyin məlumatına görə, o, oktyabrın 26-da elə həmin gəmidə baş vermiş qəza nəticəsində dünyasını dəyişib – noyabrın 2-də Gürcüstana aparılıb.
Dəniz Nəqliyyatı Agentliyi bildirir ki, işlərlə bağlı agentlik Xarici İşlər Nazirliyi və Gürcüstanın Afinadakı konsulu Gela Caparidze ilə birgə işləyir.
Onların verdiyi məlumata görə, Dəniz Nəqliyyatı Agentliyinin nümayəndələri vəziyyətlə yerindəcə tanış olmaq və birbaşa müşahidə etmək üçün Yunanıstana gediblər.