Yunanıstanda Gürcüstan vətəndaşı öldürülüb

0

Yunanıstanda Gürcüstan vətəndaşı öldürülüb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Mövcud məlumata görə, 74 yaşlı Yunanistan vətəndaşı həyat yoldaşının və uşaqlarının gözü qarşısında 50 yaşlı Gürcüstan vətəndaşını qətlə yetirib. Bundan başqa, öldürülən kişinin həyat yoldaşı da yaralanıb və xəstəxanaya aparılıb.

Hadisə Afinada saat 02:30-da baş verib. Hücum edən şəxs silahlı halda cütlüyün evinə gələrək gürcü kişini güllələyib. O, artıq polis tərəfindən saxlanılıb.

0
0
Kateqoriya: Maraqlı
Sonrakı yazı
ანკარის ცენტრში აფეთქება მოხდა
Öncəki yazı
Qəsdən adam öldürmə faktı ilə bir nəfər saxlanılıb