Another advertisement
Yunanıstan polisi 7 nəfər Gürcüstan vətəndaşını oğurluq ittihamı ilə saxlayıb.
QafqazTürk.com xəbər verir ki, onlar Avstraliya arxiyepiskopunun mənzilini qarət ediblər.
Cinayətkar qrup prokurorun evi də daxil olmaqla ev və anbarları 35 dəfə qarət edib. Ən azı 200 min avrodan çox pul oğurlanıb.
Saxlanılan 7 nəfərdən biri isə son 7 ildə İnterpol tərəfindən axtarışda olan qanuni oğrudur.