Yunanıstan və Türkiyədə meşə yanğınları davam edir

17

Yunanıstanda beş güclü meşə yanğını tüğyan edir. Paytaxt Afina şəhərinin şimalında yerləşən yaşayış məntəqələrində əhalinin təxliyəsi həyata keçirilir. Yanğınlara səbəb ölkəni bürüyən istilik dalğası olub – bəzi bölgələrdə temperatur 44°C-yə çatıb. Alovların sürətlə yayılmasına güclü küləklər də təsir göstərir.

Yunanıstan hökuməti yanğınlara qarşı mübarizədə dəstək üçün Avropa İttifaqına müraciət edib.

Güclü yanğınlar qonşu Türkiyənin Aralıq dənizi sahillərində də müşahidə olunur. Ölkədə tarixi temperatur rekordu qeydə alınıb – 50,5°C. Türkiyənin Daxili İşlər Nazirliyinin məlumatına görə, şənbə günü ölkə üzrə 76 fərqli yanğın ocağı ilə mübarizə aparılıb.

Kateqoriya: Dünya, Gündəm, Region
Sonrakı yazı
İsrail Qəzzada “humanitar fasilə” elan edib
Öncəki yazı
Tbilisidə qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb