Another advertisement
Afinada şagirdlərdən birini çəkiclə döyən və məktəb direktoruna bıçaqla xəsarət yetirən 19 yaşlı gürcü həbs edilib.
QafqazTürk.com xəbər verir ki,bu barədə Yunanistan mediası məlumat yayıb.
Məlumata görə,insidentdən əvvəl saxlanılan şəxsin qardaşının eyni məktəbin şagirdlərindən biri, nigeriyalı yeniyetmə ilə münaqişəsi olub. Böyük qardaş qisas almaq üçün məktəbə gəlib.
19 yaşlı gürcü hadisədən bir neçə dəqiqə sonra hadisə yerində saxlanılıb.