• 30 Noyabr 2023 02:08

Yüklərin əl ilə daşınması qaydalarına dəyişiklik edilir

Avatar photo

BySalo Salahlı

May 8, 2023

Gürcüstan hökuməti “yüklərin əl ilə daşınması zamanı təhlükəsizlik və sağlamlığın mühafizəsinə dair minimum tələblər haqqında” texniki reqlamenti təsdiq edib.

Qərarda qeyd olunduğu kimi, iş yerində yüklərin əl ilə daşınması zamanı işçilərin və digər şəxslərin təhlükəsizliyi və sağlamlığının mühafizəsi üçün minimum tələbləri müəyyən edir.

Qafqaztürk xəbər verir ki, sözü gedən qərar 1 iyun tarixindən etibarən qüvvədə olacaq.

Qərara əsasən, işəgötürən işçilər və iş yerindəki digər şəxslər tərəfindən yüklərin əl ilə daşınmasına ehtiyac yaranmaması üçün müvafiq təşkilati tədbirlər görməyə və ya müvafiq vasitələrdən, xüsusilə də mexaniki qurğulardan istifadə etməyə borcludur.

38030cookie-checkYüklərin əl ilə daşınması qaydalarına dəyişiklik edilir