Tanınmış tele-operator, 15 ildən artıqdır ki, Azərbaycan İctimai Televiziyasının ölkəmiz üzrə əməkdaşı Rəhim (Maksim) Talıbovun 55 illik yubileyində Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Media ailəsi olaraq, biz də iştirak etdik.
GAK sədri Hüseyn Yusubov yubilyarın 55 illiyinə həsr edilmiş gözəl tədbirdəki çıxışında Gürcüstan həqiqətlərini Azərbaycan tamaşaçısına yüksək peşəkarlıq, əzmkarlıq və ləyaqətlə çatdırdığına görə, həmçinin 55 illik yubileyi ilə əlaqədar, yaxın dostumuz, peşəsinin vurğunu Rəhim (Maksim) Kərim oğlu Talıbovu həm öz adından, həm də Konqresimiz və Media qrupumuz adından təntənəli təbrik etdi. Yubilyarın 55 illik ömründə əslində xeyli yubileylər səviyyəli hekayətlərin keçdiyini: məsələn, evliliklərinin 30, video-kamera fəaliyyətində “toylar kralı” olmağının 35 ilini vurğulayan Hüseyn müəllim Maksim qardaşımızın öz hesabına kəndə bulaq çəkdirməsinə qədər gözlər önünə sərdi.
Hüseyn müəllimin Gürcüstan Azərbaycanlıları Konqresinin Fəxri Fərmanını yubilyara təqdim etdiyi anlar məclis iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
Uğurların daha da bol olsun, Maksim müəllim!
Cansağlıqları diləyirik!
Yeni yubileylərini qarşılayaq!
GAK-ın Mətbuat Xidməti