Yubileyin mübarək, İlyas Əfəndi Vəfalı!

250

Yubileyin mübarək, İlyas Əfəndi Vəfalı!

Bu gün, sentyabrın 1-də Gürcüstan Azərbaycanlıları Konqresində tanınmış şair, publisist, “Şərqin səsi” qəzetinin redaktoru İlyas Əfəndi Vəfalının 65 illik yubileyinə həsr olunmuş yaddaqalan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan GAK sədri Hüseyn Yusubov İlyas Əfəndidən həm sinif yoldaşı, həm dost, həm də tanınmış şair kimi söz açıb. Hüseyn müəllim deyib ki, İlyas ali təhsilli inşaat mühəndisi olsa da, sonralar şair kimi, daha çox insan qəlbinin mühəndisinə çevrilib.

AYB-nin fəxri üzvü, folklorşünas-yazıçı Əli Abbas, ictimaiyyətçi Səbinə Talıbova, məktəb direktoru Hümbət Hüseynov, ictimaiyyətçi Musa Pənahov, Qardabani 3 saylı ictimai məktəbin müəllimi Sevda Şahverdiyeva, yazıçı və ruhani Mirağa Mustafazadə, şairə, “Sazın-Sözün Butası” təşkilatının rəhbəri Səadət Buta, rəssam Qəşəm Süleymanov, Faxralı Şair Nəbi adına Mədəniyyət mərkəzinin rəhbəri, şair Məmməd Lahıcoğlu, professor Şurəddin Məmmədli, Faxralı Şair Nəbi adına Mədəniyyət Mərkəzinin həmsədri, şair Xalid Qurbanoğlu, GAK-ın Qasımlı inzibati-ərazi vahidi üzrə nümayəndəsi Mahir Sədiyev, Gürcüstan Azərbaycanlıları Konqresinin əməkdaşı İbrahimxəlil Məhəmmədəlioğlu öz çıxışlarında şair İlyas Əfəndinin yaradıcılığını ayrı-ayrı aspektlərdən işıqlandırmış, yubilyarın yeni yaşını təbrik etmiş, ona yeni-yeni yaradıcılıq uğurları diləmişlər.

GAK sədri Hüseyn Yusubov İlyas Əfəndini Fəxri Fərmanla təbrik etmiş və həm öz adından, həm də rəhbərlik etdiyi təşkilatın yaradıcı heyəti adından, eləcə də tədbir iştirakçıları adından təbrik edərək, ona cansağlığı, ailə səadəti və şeriyyət dolu illər arzulamışdır.

Cavab çıxışında şair İlyas Əfəndi Vəfalı GAK sədrinə həm sinif yoldaşı, dost və sədr olaraq, hər kəsə də iştiraka və xoş sözlərinə görə təşəkkür etmiş, ona bir məsuliyyət daha verdikləri üçün məmnun olduğunu bildirmişdir.

Çay süfrəsi arxasında davam edən yaddaqalan görüş xatirə şəkillərinin çəkilişi ilə başa çatmışdır.

Bir daha Yubiley yaşınız mübarək, dəyərli ilyas Əfəndi!

Sonrakı yazı
Azyaşlı uşaq yanğının qurbanı olub
Öncəki yazı
2 sentyabr tarixinə olan valyuta məzənnəsi məlumdur