This is a specific ad

Yor Muğanlıda Azərbaycanın maliyyə vəsaiti hesabına inşa olunan uşaq bağçası istifadəyə verilib

189

Another advertisement

Gürcüstanın Saqareco rayonunun Yor Muğanlı (Qaraçöp) kəndində yeni inşa olunan uşaq bağçası istifadəyə verilib.

QafqazTürk Media xəbər verir ki, bağça Azərbaycanın maliyyə vəsaiti hesabına inşa olunub.

Bağçanın açılışında müxtəlif vəzifəli şəxslər, o cümlədən Milli Məclis sədrinin müavini Əli Əhmədov, maliyyə naziri Samir Şərifov, Azərbaycan-Gürcüstan parlamentlərarasın əlaqələr üzrə dostluq qrupunun rəhbəri Arzu Nağıyev, deputatlar, səfir Faiq Quliyev, SOCAR-ın vitse prezidenti Ziba Mustafayeva, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, Gürcüstandan isə Baş nazir İrakli Kobaxidze və digər rəsmi şəxslər iştirak ediblər.

Mahir Məmmədov çıxış edərək uşaq bağçasının Azərbaycan Prezidentinin tapşırığı ilə SOCAR-ın Gürcüstan nümayəndəliyinin maliyyə vəsaiti hesabına inşa olunduğunu vurğulayıb.

“180 yerlik uşaq bağçasının tikintisinə 2023-ci ilin aprel ayında başalanılıb. Binada bağça yaşlı uşaqların təlim-tərbiyəsi, istirahəti və əyləncəsi üçün hər cür şərait yaradılıb. Bu gün Yor Muğanlı və ətraf kəndlərdən 130 uşaq bu bağçanın imkanlarından istifadə edir. Ehtiyac yaranacağı təqdirdə isə bağçada uşaqların sayı 240-a çatdırıla bilər”, –  deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan nümayəndə heyətinin üzvləri uşaq bağçasının binasını gəzib, görülən işlər və balaca uşaqlar üçün yaradılan şəraitlə tanış olublar.

Onlar lazımi tapşırıq və tövsiyələrini veriblər.

Əli Əhmədov öz çıxışında Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarına daim diqqət və qayğı göstərdiyini və bu günə qədər Gürcüstanda Azərbaycan dövlətinin dəstəyi ilə məktəblər, mədəniyyət ocaqları, idman kompleksləri, uşaq bağçaları tikilərək istifadəyə verildiyini, onlarla sosial obyekt əsaslı təmir olunduğunu, belə tədbirlərin bundan sonra da davam etdiriləcəyini dilə gətirib.

Gürcüstanın baş naziri İrakli Kobaxidze bu cür bağçanın tikilməsinə görə Azərbaycan dövlətinə öz təşəkkürünü bildirib. O Azərbaycan dövlətinin dəstəyi ilə Gürcüstanda həyata keçirilən sosial layihələrin dostluq və qardaşlığın nümunəsi olduğunu bir daha vurğulayıb.

Kateqoriya: Cəmiyyət, Təhsil
Sonrakı yazı
ABŞ və Böyük Britaniya “husi”lərin mövqelərinə zərbə endirib
Öncəki yazı
Avtomobil hamilə qadını vurub-Qadının vəziyyəti ağırdır