Batumidə baş verən yol qəzasında iki nəfər ölüb.
Yerli sakinlərin verdiyi məlumata görə, hadisə aeroport şosesində baş verib, burada motosiklet piyada ilə toqquşub.
Onların sözlərinə görə, həm motosiklet sürücüsü, həm də piyada hadisə yerində ölüb.
Mövcud məlumata görə, motosikletin sürücüsü, 30 yaşlarında polis əməkdaşı olub.
Hadisə yerinə müvafiq xidmətlərin nümayəndələri səfərbər edilib.