Keda bələdiyyəsinin Qobroneti kəndində iki mikroavtobusun toqquşması nəticəsində yol qəzası baş verib.
Baş verən yol qəzasında 1 nəfər yerindəcə ölüb, 4 nəfər isə yaralanıb.
Təcili tibbi yardım mərkəzindən verilən məlumata görə, yaralılar Keda Bələdiyyəsinin Klinikasına yerləşdirilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.