Another advertisement
Qoridə baş verən yol qəzasında piyada ölüb.
Bu barədə yerli media məlumat yayıb.
Mövcud məlumata görə, kişi supermarketdən evə qayıdarkən avtomobil onu vurub. Həmin şəxs təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Təəssüf ki, həkimlər onu xilas edə bilməyiblər.
Daxili İşlər Nazirliyi bildirir ki, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 2-ci hissəsi ilə nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozma, nəticədə sağlamlığa xəsarət yetirmə ilə bağlı araşdırma aparılır.