Another advertisement
Səbaduri meşəsində baş verən yol qəzasında 1 nəfər ölüb, iki nəfər isə yaralanıb.
“Formula”nın məlumatına görə, iki avtomobil bir-biri ilə toqquşub.
Faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən nəqliyyatın hərəkəti və ya istismarı təhlükəsizliyini pozma, sağlamlığa və ya insan itkisinə səbəb olmanı nəzərdə tutan 276-cı maddə ilə cinayət işi başlanıb.