Another advertisement
Kaxetidə yol-nəqliyyat hadisəsi baş verib.
QafqazTürk Media xəbər verir ki, hadisə nəticəsində iki nəfər dünyasını dəyişib.
Qəza bir müddət öncə Qurcaani bələdiyyəsinin Vaçnadzyan kəndində baş verib.
Yerli sakinlərin verdiyi məlumata görə, “Honda” markalı avtomobilin sürücüsü döngədə sükanı idarə edə bilməyib və yerli sakinlərdən birinin həyətinə girib. Orada iki qadını vurub, nəticədə onların hər ikisi ölüb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər edilib.