Qori bələdiyyəsinin Şavşvebi kəndi yaxınlığında baş verən yol qəzasında avtomobildə olan 2 nəfər ölüb.
Mövcud məlumata görə, avtomobil dəmir maneəyə çırpılıb, daha sonra alovlanıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddənin 8-ci hissəsi ilə nəqliyyatın təhlükəsizliyi və ya istismarı qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma üzrə cinayət işi başlanılıb.