Another advertisement
Rikotinin 141-ci km-də qar uçqunu baş verib, 4 avtomobilə ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bu barədə Avtomobil Yolları İdarəsi məlumat yayıb.
Agentliyin məlumatına görə, Rikotinin 141-ci km-də qar uçqunu səbəbindən nəqliyyatın hərəkəti müvəqqəti olaraq pozulub.
“Uçqun səbəbindən sözügedən hissədə nəqliyyatın hərəkəti pozulub. Əraziyə xüsusi texnika səfərbər olunub və yolun təmizlənməsi işləri aparılır. İşlər başa çatdıqdan sonra nəqliyyatın hərəkəti tam bərpa olunacaq”, – məlumatda deyilir.