Avtomobil Yolları İdarəsi – Rikotidə qar uçqunu baş verib, 4 avtomobilə ziyan dəyib

54

Rikotinin 141-ci km-də qar uçqunu baş verib, 4 avtomobilə ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bu barədə Avtomobil Yolları İdarəsi məlumat yayıb.

Agentliyin məlumatına görə, Rikotinin 141-ci km-də qar uçqunu səbəbindən nəqliyyatın hərəkəti müvəqqəti olaraq pozulub.

“Uçqun səbəbindən sözügedən hissədə nəqliyyatın hərəkəti pozulub. Əraziyə xüsusi texnika səfərbər olunub və yolun təmizlənməsi işləri aparılır. İşlər başa çatdıqdan sonra nəqliyyatın hərəkəti tam bərpa olunacaq”, – məlumatda deyilir.

Kateqoriya: Cəmiyyət, Gündəm, Region
Sonrakı yazı
Batumi Beynəlxalq Hava Limanında uçuşlar bərpa edilib
Öncəki yazı
Qərbi Gürcüstanda güclü qar yağmasından zərər çəkmiş əhaliyə yardım göstərmək məqsədilə müdafiə qüvvələri cəlb olunacaq