Another advertisement
Yetkinlik yaşına çatmayan şəxslərin hüquq-mühafizə orqanı əməkdaşının qanuni tələbinə tabe olmaması valideynin cərimələnməsi ilə nəticələnəcək.
QafqazTürk Media xəbər verir ki, belə hal qeydə alınarsa, yetkinlik yaşına çatmayan şəxsin valideyni və ya qanuni nümayəndəsi 100-300 lari məbləğində cərimə olunacaq.
“Gürcü arzusu” “İnzibati Xətalar Məcəlləsi”nin yetkinlik yaşına çatmayanı böyütmək və öyrətmək vəzifələrinin valideyn və ya digər qanuni nümayəndəsi tərəfindən yerinə yetirilməməsi ilə bağlı maddəsinə də dəyişiklik edib.
Parlament qanunvericiliyə dəyişiklikləri iki oxunuşda qəbul edib. Dekabrın 13-də keçiriləcək iclasda üçüncü oxunuşda təsdiqlənəcək.