This is a specific ad

Yetkinlik yaşına çatmayan şəxslərin valideynləri bu halda cərimələnəcəklər

70

Another advertisement

Yetkinlik yaşına çatmayan şəxslərin hüquq-mühafizə orqanı əməkdaşının qanuni tələbinə tabe olmaması valideynin cərimələnməsi ilə nəticələnəcək.

QafqazTürk Media xəbər verir ki, belə hal qeydə alınarsa, yetkinlik yaşına çatmayan şəxsin valideyni və ya qanuni nümayəndəsi 100-300 lari məbləğində cərimə olunacaq.

“Gürcü arzusu” “İnzibati Xətalar Məcəlləsi”nin yetkinlik yaşına çatmayanı böyütmək və öyrətmək vəzifələrinin valideyn və ya digər qanuni nümayəndəsi tərəfindən yerinə yetirilməməsi ilə bağlı maddəsinə də dəyişiklik edib.

Parlament qanunvericiliyə dəyişiklikləri iki oxunuşda qəbul edib. Dekabrın 13-də keçiriləcək iclasda üçüncü oxunuşda təsdiqlənəcək.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Həftəsonu bu bürclər üçün möhtəşəm olacaq
Öncəki yazı
Tbilisidə aksiya davam edir