This is a specific ad

Yerli özünüidarəetmə Marneuli Mədəniyyət Mərkəzini təşəkkürnamə və pul mükafatı ilə təltif edib

18

Another advertisement

Marneuli Munisipalitetinin meri Kənan Ömərov və Sakrebulonun sədri Amiran Qiorqadze özünüidarəetmənin rəhbərləri ilə birlikdə Marneuli Munisipalitetinin Mədəniyyət Mərkəzinin teatr truppasını növbəti uğur münasibətilə təbrik ediblər.

Xatırladırıq ki, iyunun 3-dən iyunun 10-dək Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin dəstəyi ilə, Siğnaği Teatr Festivalı keçirilib, burada Marneuli Mədəniyyət Mərkəzinin “Marina Revia ” tamaşası qalib olub.Festivalda xalq həvəskar teatr truppaları, eləcə də peşəkar dövlət teatrları həvəskar truppalarla birgə yaradılmış tamaşalarla iştirak ediblər.

Yerli özünüidarəetmənin təşəbbüsü ilə, Munisipalitetdə teatrın inkişafındakı xidmətlərinə görə – Marneulinin Mədəniyyət Mərkəzi təşəkkürnamə və pul mükafatı ilə təltif edilib.

Kateqoriya: Gündəm, Maraqlı
Sonrakı yazı
Kvemo Kartli və Samtsxe-Cavaxetidə fəaliyyət göstərən teleradio və onlayn nəşrlərin nümayəndələri üçün Borjomidə iki günlük təlim keçirilib
Öncəki yazı
აზერბაიჯანულ-ქართული ლიტერატურული ურთიერთობები