Another advertisement
Yerli özünüidarəetmənin rəhbər şəxsləri Sadaxlıda gəncləri məktəbi müvəffəqiyyətlə bitirmələri və tələbə olmaları münasibətilə təbrik etdilər.
Marneuli Munisipalitetinin Sakrebulo sədri Amiran Qiorqadze, Marneuli meri Kənan Ömərov, Sakrebulonun sədr müavini Rövşən İskəndərov, Sakrebulonun üzvləri Vasil Xaxulaşvili və Ayaz Xudiyev gənclərə sertifikatlar verdilər.
Cari il Sadaxlidan 98 nəfər abituriyent vahid milli imtahanlardan uğurla keçib. Onlar təhsillərini Gürcüstan miqyasında müxtəlif universitetlərdə davam etdirəcəklər.