Marneuli Munisipalitetinin meri Kənan Ömərov və Sakrebulonun sədri Amiran Qiorqadze özünüidarəetmənin rəhbərləri ilə birlikdə Marneuli Munisipalitetinin Mədəniyyət Mərkəzinin teatr truppasını növbəti uğur münasibətilə təbrik ediblər.
Xatırladırıq ki, iyunun 3-dən iyunun 10-dək Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin dəstəyi ilə, Siğnaği Teatr Festivalı keçirilib, burada Marneuli Mədəniyyət Mərkəzinin “Marina Revia ” tamaşası qalib olub.Festivalda xalq həvəskar teatr truppaları, eləcə də peşəkar dövlət teatrları həvəskar truppalarla birgə yaradılmış tamaşalarla iştirak ediblər.
Yerli özünüidarəetmənin təşəbbüsü ilə, Munisipalitetdə teatrın inkişafındakı xidmətlərinə görə – Marneulinin Mədəniyyət Mərkəzi təşəkkürnamə və pul mükafatı ilə təltif edilib.