Another advertisement
Hazırda ən qaçılmaz vəzifə Ukraynanın Avropada suveren, müstəqil dövlət kimi qələbəsini təmin etməkdir, – NATO-nun baş katibi Yens Stoltenberq Vilnüsdə jurnalistlərə bildirib.
QafqazTürk.com xəəbr verir ki,onun sözlərinə görə, hazırda müttəfiqlərin Ukrayna üçün edə biləcəyi ən vacib şey onu silah, sursat və digər hərbi yardımlarla təmin etməyə davam etməkdir.
“Çünki Ukrayna Avropada demokratik ölkə kimi qalib gələ bilməsə, təhlükəsizlik zəmanəti və ya NATO-ya daxil olmaq məsələsi ümumiyyətlə müzakirə olunmayacaq”, – Stoltenberq qeyd edib.