Yeniyetmə yol qəzasının qurbanı olub

41

Xoni bələdiyyəsində ölümlə nəticələnən yol qəzası baş verib.

16 yaşlı yeniyetmə motosiklet sürərkən elektrik dirəyinə çırpılıb.

Azyaşlı xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.

Qəzada ölən gənc Xoni bələdiyyəsinin İvandidi kənd sakinidir.

“Xonidə baş verən faciə daha bir gəncin həyatına son qoydu. Sağlam, həyat dolu bir oğlan artıq aramızda deyil – bu, böyük itki və təsvirolunmaz ağrıdır. Ürək parçalaylcı odur ki, keçmişin acı təcrübəsi bizi kifayət qədər düşündürmədi və diqqətli olmağa çağırmadı. Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə kədərimizi bildiririk.”, – Xoni şəhər meriyasının bəyanatında deyilir.

Kateqoriya: Cəmiyyət, Region
Sonrakı yazı
Avropa qızmar istidən əziyyət çəkir
Öncəki yazı
Parlament sürətləndirilmiş qaydada qanunvericilik paketinə baxacaq