Yeniyetmə həmyaşıdını yaralayıb, təfərrüatlar…

99

Kaspi rayonunun Ferma kəndində 12 yaşlı uşağı həmyaşıdı yaralayıb. Məlumatı yerli “Mozaika” nəşri yayıb. Nəşrin yazdığına görə, hadisə məktəbdə baş verib, lakin məktəb rəhbərliyi faktı gizlədib.

Yerli sakinlərin sözlərinə əsasən, hadisə barədə nə ailə, nə də məktəb ilkin mərhələdə polisə məlumat verməyib. Yalnız media məsələ ilə maraqlandıqdan sonra zərərçəkmiş uşağın ailəsi ifadə vermək üçün polisə aparılıb.

Uşağın əl nahiyəsindən iti alətlə xəsarət aldığı bildirilib.

Daxili İşlər Nazirliyi hadisənin təfərrüatlarını dəqiqləşdirir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
7 oktyabr tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
Ölkə vətəndaşlarına yenilənmiş dizayna malik biometrik pasportların və yaşayış üçün elektron şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb