Yeni transferlərə ən çox pul xərclədən məşqçilərin adları – SİYAHI

108

İşlədiyi klublarda ən bahalı oyunçular transfer edən futbol məşqçiləri açıqlanıb.

QafqazTürk.com xəbər verir ki, ilk pillədə “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola yer alıb. Klublar onun işlədiyi dövrlərdə transferlərə ümumilikdə iki milyard avrodan çox pul xərcləyiblər.

İkinci yerdə hazırda “Roma”nı çalışdıran Joze Mourinyodur. İlk üçlüyü “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti qapayır.

Transfer xərcləri ən çox olan məşqçilər:

Pep Qvardiola: 2,04 milyard avroya 78 transfer

Joze Mourinyo: 1,86 milyard avroya 118 transfer

Karlo Ançelotti: 1,62 milyard avroya 95 transfer

Massimiliano Alleqri: 1,4 milyard avroya 113 transfer

Dieqo Simeone: 1,21 milyard avroya 82 transfer

Manuel Pelleqrini: 1,2 milyard avroya 96 transfer

Tomas Tuhel: 1,19 milyard avroya 71 transfer

Antonio Konte : 1,17 milyard avroya 93 transfer

Maurisio Poçettino: 1,15 milyard avroya 57 transfer

Yurgen Klopp: 1,13 milyard avroya 85 transfer

Kateqoriya: İdman
Sonrakı yazı
50 məhbusun özünə xəsarət yetirməsinə səbəb nədir?-Penitensiar Xidmət yayılan məlumatı təkzib edir
Öncəki yazı
Putin və Ərdoğan yenidən görüşə bilər – Kreml