This is a specific ad

Yeni ticarət dəhlizi – Ermənistan, İran və Hindistan Gürcüstandan keçən yeni ticarət yolu yaradır

211

Another advertisement

Ermənistan, İran və Hindistan yeni ticarət yolu açmağı planlaşdırır.

QafqazTürk Media xəbər verir ki, bu barədə Erməni mətbuatı yazır.

Mətbuatın yazdığına görə, hər üç ölkənin nümayəndələri yaxın vaxtlarda bir-biri ilə görüşəcəklər. Görüşün İran ərazisində baş tutacağı artıq məlumdur.

Marşruta gəlincə, o, Hindistanın Mumbay limanından İranın Çabaharı vasitəsilə Ermənistan ərazisinə keçərək Gürcüstana daxil olacaq, oradan məhsullar Fars körfəzindən Avropa İttifaqı ölkələrinə ixrac ediləcək.

Ekspertlərin hesablamalarına görə, yeni ticarət dəhlizi logistika xərclərini dörd dəfə, daşıma müddəti isə iki dəfə – 40 gündən 18 günə qədər azaldacaq.

Analitiklərin fikrincə, sözügedən layihənin uğurla həyata keçirilməsi həm də mövcud dəniz yollarına, o cümlədən Süveyş kanalı vasitəsilə perspektivli alternativ hesab olunur.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Rusiyanın Gürcüstana qarşı işğalçı müdaxiləsindən 16 il keçir
Öncəki yazı
Zaxarova: “Rusiya Tbilisi, Çxinvali və Suxumi arasında dialoqa kömək etməyə hazırdır”