Gürcüstandan yüngül avtomobillərin təkrar ixracı rekord səviyyədədir.
Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə,2023-cü ilin 1-ci yarısında ölkədən 990 864 430 ABŞ dolları dəyərində 51 011 avtomobil reeksport edilib.
Qeyd edək ki, rəsmi məlumatlara görə, illik avtomobil ixracı göstəricisi dəyər ifadəsində 267,3%, ixrac edilən avtomobillərin sayı isə 74,6% artıb.
İlin birinci yarısında ən çox avtomobil ixracının həyata keçirildiyi ilk 5 ölkə:
Qırğızıstan – 236 017 230 ABŞ dolları; 5840 avtomobil;
Qazaxıstan – 235 744 650 ABŞ dolları; 13 916 yüngül avtomobil;
Azərbaycan – 226 101 620 ABŞ dolları; 14 206 yüngül avtomobil;
Ermənistan – 184 784 450 ABŞ dolları; 10 235 yüngül avtomobil;
Rusiya – 52 513 560 ABŞ dolları; 3 786 yüngül avtomobil.