Gələn ildən şəhərlərarası müntəzəm sərnişindaşıma M3 kateqoriyalı avtonəqliyyat vasitələri ilə həyata keçiriləcək.
QafqazTürk Media xəbər verir ki, qayda 2025-ci il iyunun 1-dən qüvvəyə minəcək.
Yeni qaydaya əsasən, Tbilisi, Kutaisi, Batumi, Zuqdidi və Telavidə mikroavtobuslarla sərnişin daşınması qadağan edilib. Bu o deməkdir ki, artıq adıçəkilən şəhərlər istiqamətində mikroavtobuslarla sərnişin daşımaq mümkün olmayacaq.
İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin verdiyi məlumata görə, dəyişiklik Gürcüstanın 150 km-dən çox məsafədə yerləşən yaşayış məntəqələrində şəhərlərarası sərnişin daşımalarına təsir edəcək.
“Gürcüstanın şəhərlərarası sərnişin daşıma islahatları çərçivəsində 2025-ci il iyunun 1-dən Tbilisi, Kutaisi, Batumi, Zuqdidi, Telavi, həmçinin 150 kilometrdən çox məsafədə yerləşən müvafiq yaşayış məntəqələri (şəhər, kənd, qəsəbə) arasında müntəzəm reysləri nəzərdə tutan öhdəlik qüvvəyə minəcək. M3 kateqoriyalı avtonəqliyyat vasitələri ilə sərnişin daşımaları həyata keçiriləcək”, – bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.