This is a specific ad

Yeni qan qrupu kəşf edilib

292

Another advertisement

Yeni qan qrupu kəşf edilib.

Böyük Britaniyada 50 illik araşdırmalar nəticəsində yeni qan qrupu kəşf edilib.

QafqqzTürk Media xəbər verir ki,  tədqiqatçıların “MAL” adlandırdıqları yeni kəşf edilmiş qan qrupuna çox az adamın sahib olduğu düşünülür.

İngiltərədə Bristol Universiteti, NHS Qan və Transplant və NHSBT Beynəlxalq Qan Qrupu Referans Laboratoriyasının tədqiqatçıları yeni qan qrupu kəşf etdiklərini açıqlayıblar.

Bu araşdırma ilə varlığı çoxdan məlum olan, lakin sirr olaraq qalan AnWj qan qrupu antigeninin genetik infrastrukturu tamamlanıb. Tədqiqatın nəticələri bu qan qrupu olan xəstələri müəyyənləşdirmək və müalicə etmək üçün istifadə olunacaq.

NHS Qan və Transplantın üzvü, baş tədqiqatçı Luiz Tile bildirib ki, “AnWj”nin genetik fonu 50 ildən çoxdur sirr olaraq qalır və onun həlli uzun bir komanda səyinin nəticəsidir. Nadir qan qrupunun mənfi növü indiyədək yalnız bir neçə insanda aşkarlanıb. Lakin son kəşf sayəsində artıq bu qan qrupuna malik olan digər insanları tapmaq daha asan olacaq.

L.Tilley diqqətə çatdırıb ki, tədqiqat qrupu “AnWj” antigeninin “MAL” zülalında daşındığını aşkarlayıb. Bu qan qrupu olan insanların 99,9 faizindən çoxunda “AnWj” müsbətdir və tam ölçülü “MAL” zülalı bu şəxslərin qırmızı qan hüceyrələrində olur.

Tədqiqat göstərir ki, bir çox insan ABO və RH qan qrupu sistemləri ilə tanış olsa da, başqa qan qrupları da mövcuddur. “AnWj” mənfi və “AnWj” müsbət qan qrupları arasında qanköçürmənin müxtəlif reaksiyalara səbəb ola biləcəyi və hətta ölümlə nəticələnə

Sonrakı yazı
Paytaxtda avtomobillərdən çıxan zərərli qazlara nəzarət edən və cərimələr tətbiq edən videokameralar quraşdırılacaq
Öncəki yazı
Bayramın mübarək, əziz Azərbaycan!