“Bizim 200 min yeni iş yerinin yaradılması ilə bağlı çox iddialı planımız var, bunun nəticəsində ölkəmizdə işsizlik 4 faiz səviyyəsindən aşağı düşəcək”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze öz çıxışında bildirib.
Hökumət başçısının qeyd etdiyi kimi, yoxsulluq azalacaq və 2028-ci ilə qədər yoxsulluq həddində yaşayanların sayı ən çox 150 min nəfər olacaq. “İşsizliyə gəlincə, burada 200 min yeni iş yerinin yaradılması ilə bağlı çox iddialı planımız var ki, bunun da nəticəsində ölkəmizdə işsizlik 4 faizdən aşağı düşəcək və bunun üçün də konkret plan var. Yoxsulluğa gəlincə, 2012-ci ildə Gürcüstanda bir milyon 120 min nəfər yoxsulluq həddində yaşayırdısa, bu göstərici artıq 440 minə qədər azalıb. Bizim planımıza görə, 2028-ci ilə qədər yoxsulluq həddində yaşayan insanların maksimum sayı 150 min olacaq”, – deyə İrakli Kobaxidze qeyd edib.