• 10 Mart 2025 15:13

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Yeni ildə yeni ümidlərlə!

ByTürkan Şahverdova

Dek 29, 2024
Another advertisement

Yeni ildə yeni ümidlərlə!

Dekabrın 14-də yeni seçilmiş prezident Mixeil Kavelaşvili bu gün dekabrın 29-da parlament binasında and içərək ölkəmizin sayca altıncı prezidenti olaraq fəaliyyətə başladı.

Biz, Gürcüstan Azərbaycanlıları KonqresiQafqaz Türk Media ailəsi olaraq, cənab prezident M.Kavelaşvilini səmimi qəlbdən təbrik edirik!

Ümidvarıq ki, cənab prezident ölkəmizin bütövlüyünü, bölünməzliyini və müstəqilliyini qorumaq yolunda uğurla çalışacaqdır. Bütün vətəndaşlarımızın rifahı yaxşılaşacaq, onların qayğısına qalacaq, Vətənimizin dirçəlişinin və qüdrətinin artması yolunda əlindən gələni edəcəkdir!

İnanırıq ki, yeni ildən ölkəmizdə stabillik və sabitlik sağlam mühitdə inkişaf edərək gələcəyimizə, dövlətçiliyimizə uğurlu töhfələr verəcəkdir!

Gürcüstan Azərbaycanlıları Konqresi