• 20 Fevral 2025 01:12

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Yeni formatda keçiriləcək ilk dünya çempionatının ev sahibi açıqlandı

ByNiyazi Yusubov

İyn 24, 2023
Another advertisement

2025-ci ildə keçiriləcək klublararası dünya çempionatının ev sahibi müəyyənləşib.
QafqazTürk.com xəbər verir ki, turnir ABŞ-də təşkil olunacaq.
Bu barədə FIFA Şurasının videokonfrans formatında keçirdiyi iclasında qərar qəbul edilib.
Qeyd edək ki, 2025-ci ildə klublararası dünya çempionatı yeni formatda keçiriləcək. İlk dəfə yarışda 32 komanda çıxış edəcək.
Xatırladaq ki, ABŞ 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının da ev sahiblərindən biridir. Şimali Amerika ölkəsi Kanada və Meksika ilə birgə mundialı qəbul edəcək.