Yeni dərs iliniz mübarək!
Bu gün sentyabrın 16-da ölkəmizdə Yeni dərs ili başlayır. Bu, həm də gələcək uğurların başlanğıcı deməkdir.
Biz, Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Media ailəsi olaraq, doğma Gürcüstanımızın bütün şagird və müəllim kollektivlərinə təhsildə və gündəlik həyatda uğurlar diləyirik!
Birinci dəfə məktəbdə fəaliyyətə başlayan müəllimləri ayrıca təbrik edirik! İlk dəfə qədəm qoyan körpələri qarşıda yeni imkanlar, sonuncu sinfi tamamlayaraq ali məktəblərə imtahan verəcək şagirdləri isə həyat sınaqları gözləyir.
Valideynlərə xoş əhval-ruhiyyə, övladları ilə münasibətdə səbir və fədakarlıq arzulayırıq!
Ümid edirik ki, bugünkü şagirdlərimizin içərisindən gələcəyin elm və mədəniyyət xadimləri, müəllimlər, həkimlər, müxtəif peşə və ixtisas sahibləri, fəal həyat mövqeyinə malik layiqli vətəndaşlar yetişəcəkdir.
Yeni dərs iliniz mübarək!