This is a specific ad

Yeni Avropa standartlı yanğınsöndürən avtomobillər alınıb

291

Another advertisement

Fövqəladə halların idarə olunması xidməti 31 yeni Avropa standartlı yanğınsöndürən  avtomobil alıb.

Daxili İşlər Nazirliyinin fövqəladə hallar idarəsi xidməti tərəfindən mərhələli şəkildə gətiriləcək 31 ədəd müasir Avropa standartlı “İveko Maqirus” yanğınsöndürən avtomobil alınıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Fövqəladə halların idarə olunması xidmətinin rəhbəri Temur Mqebrişvili şəxsən “Maqirus” şirkətinin zavodunda olub və yerindəcə yeni yanğınsöndürən avtomobilin imkanları ilə tanış olub.

Gürcüstan üçün xüsusi olaraq hazırlanmış yanğınsöndürən avtomobillər ölkənin bütün bölgələrinə paylanacaq. Yeni yanğınsöndürən avtomobillər meşə yanğınları ilə mübarizə üçün nəzərdə tutulub və bütün müvafiq müasir texniki xüsusiyyətlərə malikdir.

Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi Xidməti yanğın-xilasetmə donanmasının yenilənməsini fəal şəkildə davam etdirir. Fövqəladə hallara cavab tədbirlərinin keyfiyyətini artırmaq üçün bir sıra texnika və xüsusi texnikanın yenilənməsi layihələri nəzərdə tutulub”, – deyə məlumatda qeyd olunur.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Gürcü film- dramı Venetsiya “Qızıl Aslan”ı uğrunda yarışır
Öncəki yazı
Bədbəxt hadisə- Fəhlə binadan yıxılaraq dünyasını dəyişib