Gürcüstan Azərbaycanlıları Konqresi sədri Hüseyn Yusubovdan Yeni il təbriki
Əziz dostlar, əziz həmvətənlər və soydaşlar!
Hər yeni gün yeni bir başlanğıcdır, yeni bir ilkdir!
Yeni il təbrikləri də sadəcə olaraq bir ənənə deyil, eyni zamanda münasibətləri, əlaqələri gücləndirən və sevgimizi ifadə etməyimizə imkan verən gözəl bir fürsətdir. Mən də yeni 2025-ci ilin astanasında bu gözəl fürsətdən istifadə edərək, hər birinizi, ölkəmizi, xalqımızı ürəkdən təbrik edirəm!
Dünyamızı və bütün Türk dünyasını təbrik edirəm!
Sizə sağlamlıq, açıq səma, sülh və əmin-amanlıq, fıravan həyat, uğurlu-işıqlı günlər, gözəl anlar arzulayıram!
Biz, Gürcüstan Azərbaycanlıları Konqresi və Qafqaz Türk Media ailəsi olaraq, həmişə sizinləyik!
Yeni 2025-ci iliniz mübarək!