Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub

2

Yazıçı-tərcüməçi, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Dünya ədəbiyyatı şöbəsinin müdiri Nəriman Əbdülrəhmanlı Qazaxıstan Prezidentinin müvafiq sərəncamı ilə “Dostluq” ordeni ilə təltif edilib.

QafqazTürk.com xəbər verir ki, o, bu ali mükafata Azərbaycan – Qazaxıstan ədəbi əlaqələrinin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

Mükafat yazıçı-tərcüməçiyə Qazaxıstan Respublikasının milli bayramı münasibətilə Bakıda keçirilən qəbul zamanı Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel tərəfindən təqdim olunub.

Nəriman Əbdülrəhmanlı qazax nəsrindən bir sıra tərcümələri ilə tanınır. O, böyük Abayın “Qara sözlər” fəlsəfi traktatını, “Qazax nəsri” antologiyasını, görkəmli yazıçı Rollan Seysenbayevin “Dünyanın çökdüyü gün” kitabını Azərbaycan dilinə tərcümə edib.

O, hazırda daha bir bənzərsiz qazax yazıçısı Sətimjan Sanbayevin əsərlərinin tərcüməsi üzərində işləyir.

Qeyd edək ki, Nəriman Əbdülrəhmanlı 1958-ci ildə Saqareco rayonunun Düzəyrəm kəndində doğulub. Əsərləri türk, rus, ərəb, gürcü, bolqar, fransız, çex, fars və ingilis dillərinə tərcümə olunub.

Birinci Qarabağ müharibəsinin veteranıdır.

0
0
Sonrakı yazı
Politoloq: “Güc strukturlarımız ölkədə çaxnaşma yaratmağa imkan verməyəcək”
Öncəki yazı
Natia Turnava Tacikistanın Milli Bankının prezidenti ilə görüşüb