Yaxın günlərin hava proqnozunu təqdim edirik

55

Milli Ekologiya Agentliyinin Qısamüddətli Hava Proqnozları Departamentinin rəhbəri Dodo Qvazava son proqnozla bağlı məlumat yayıb.

“Mayın 30-dan iyunun əvvəlinə kimi Gürcüstan ərazisində sinoptik vəziyyət qeyri-sabit keçəcək, bəzi günlərdə əksər rayonlarda yağış yağacaq, dolu yağacağı ehtimalı da var.

Mayın 31-də və iyunun 1-də havanın maksimal temperaturu bir neçə dərəcə yüksələ bilər, lakin iyunun 2-dən etibarən havanın temperaturu 3-4 dərəcə aşağı enəcək.

Gürcüstanın şərqində vəziyyət xüsusilə günorta və gecə saatlarında qeyri-sabit olaraq qalır. Gürcüstanın şərqində mayın 31-də və iyunun 1-də havanın temperaturu +30+32 dərəcə təşkil edəcək, axşam saatlarında zəif yağış yağa bilər.

İyunun 2-dən iyunun 5-dək havanın temperaturu 4 dərəcə azalacaq, əvvəlki kimi qalacaq.

Qərbi Gürcüstanda iyunun 2-dən 5-dək qərb küləyinin əsəcəyi gözlənilir”, – Dodo Qvazava  bildirib.

Kateqoriya: Cəmiyyət, Gündəm
Sonrakı yazı
Donald Tramp bu gün İlon Maskla mətbuat konfransı keçirəcək
Öncəki yazı
30 may tarixinə olan valyuta məzənnəsi məlumdur