• 22 Fevral 2025 13:08

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Yaxın günlərin hava şəraiti açıqlanıb

ByNiyazi Yusubov

Fev 7, 2025
Another advertisement

Fevralın 8-9-da Gürcüstanda nisbətən soyuq və yağışlı hava şəraiti davam edəcək, fevralın 10-da isə hava günəşli olacaq.

Sinoptiklərin məlumatına görə, fevralın 8-9-da Tbilisidə az yağıntılı olacağı, duman olacağı, fevralın 10-da isə yağmursuz keçəcəyi gözlənilir.

Havanın temperaturu gündüz +4, +6 dərəcə olacaq. Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): Fevralın 8-9-da nisbətən soyuq və yağıntılı hava şəraiti davam edəcək, fevralın 10-da yağıntı olmayacaq. Havanın temperaturu gündüz +9, +11 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) fevralın 8-9-da nisbi soyuq və yağıntılı hava şəraiti davam edəcək, fevralın 10-da hava şəraitini dəyişəcək. Havanın temperaturu gündüz +10, +12 dərəcə təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): Fevralın 8-9-da bəzi yerlərdə qarlı hava şəraiti davam edəcək, fevralın 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz 4-6 dərəcə isti təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): Fevralın 8-9-da bəzi yerlərdə qarlı hava şəraiti davam edəcək, fevralın 10-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz -1, +1 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): Fevralın 8-9-da soyuq, bəzi yerlərdə yağıntılı hava şəraiti davam edəcək, fevralın 10-da isə əsasən quru hava şəraiti üstünlük təşkil edəcək. Havanın temperaturu gündüz 5-7 dərəcə isti təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): Bəzi yerlərdə yağıntılı olacağı, duman olacağı gözlənilir. Havanın temperaturu gündüz 4-6 dərəcə isti təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): Bəzi yerlərdə qar yağacağı gözlənilir. Havanın temperaturu gündüz +3, +5 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): Bəzi yerlərdə qar yağacağı, duman olacağı gözlənilir. Havanın temperaturu gündüz 2-4 dərəcə isti təşkil edəcək”, – Ekologiya üzrə Milli Agentliyin açıqlamasında bildirilir.