Another advertisement
12-13 aprel, günün birinci yarısına qədər Gürcüstanın əksər rayonlarında şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, şərqi Gürcüstanda dolu yağacağı gözlənilir.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.
Məlumata əsasən, güclü qərb küləyi əsəcək, dənizdə 2-3 bal gücündə dalğa olacağı ehtimalı var.
Gürcüstan çaylarında gözlənilən leysan yağışları suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, ölkənin dağlıq ərazilərində sürüşmə proseslərinin başlanmasına və aktivləşməsinə, dağlıq ərazilərdə qar uçqunlarının əmələ gəlməsinə səbəb ola bilər.