Gələn həftə Gürcüstanda hava necə olacaq?
Sinoptik Xatuna Kokosadze bildirir:
“Həftənin əvvəlində aşağı temperatur davam edəcək. Aran rayonlarında havanın temperaturu -5 dərəcəyədək enəcək, sonra həftənin sonuna doğru yüksələcək, gecə -1, -4; -1,+4 diapazonunda olacaq. Gündüz temperaturu həftənin sonuna doğru xeyli artaraq aran rayonlarında +15,16, dağlıq ərazilərdə +10,12, yüksək dağlıq ərazilərdə +8-10 dərəcə isti təşkil edəcək.
Dağlıq və yüksək dağlıq rayonlarda qar yağacaq, Kaxetinin bəzi rayonlarında yağıntı qar şəklində olacaq, digər yerlərdə yağıntı olmayacaq. Şida Kartlidə (Qori, Xaşuri, Aqari ərazisi) qar yağacaq, temperatur aşağı -3, -4 dərəcə olacaq. Gün ərzində +5 dərəcə isti gözlənilir. Qudauri və Bakurianiyə gəlincə, sabah səhərə qədər qar yağacaq. Temperatur kifayət qədər aşağı olacaq, -13,14 dərəcəyə enəcək və gələn həftənin sonunda orada temperatur yüksələcək”, – sinoptik deyir.