Milli Ekologiya Agentliyinin məlumatına görə, yaxın günlərdə Gürcüstanda əsasən quru hava şəraiti davam edəcək.
Tbilisidə əsasən quru hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +9, +11 dərəcə təşkil edəcək.
“Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): Nisbətən isti və əsasən yağmursuz hava gözlənilir. Havanın temperaturu gün ərzində +15, +17 dərəcəyədək yüksələcək.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) nisbətən isti və əsasən quru hava şəraiti gözlənilir. Havanın temperaturu gün ərzində +16, +18 dərəcəyədək yüksələcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +9, +11 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz 7-9 dərəcə isti təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çxinvali): Hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz +9, +11 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): Hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz +10, +12 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borjomi, Duşeti, Tianeti, Pasanauri): Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz 7-9 dərəcə isti təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz 4-6 dərəcə isti təşkil edəcək.