This is a specific ad

Yaxın günlərdə gözlənilən hava şəraiti – PROQNOZ

116

Another advertisement

Aprelin 13-ü günün birinci yarısınadək Gürcüstanın əksər rayonlarında şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, Şərqi Gürcüstanda dolu düşəcəyi ehtimalı var.

QafqazTürk.com xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi Milli Agentliyi məlumat yayıb.

Məlumata əsasən, güclü qərb küləyi əsəcək.

Gürcüstan çaylarında gözlənilən leysan yağışları suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, ölkənin dağlıq ərazilərində sürüşmə proseslərinin başlanmasına və aktivləşməsinə, dağlıq ərazilərdə qar uçqunlarının əmələ gəlməsinə səbəb ola bilər.

Pasxa günlərində, daha dəqiq desək, aprelin 16-da Qərbi Gürcüstanda hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə güclü şərq küləyi əsəcək. Hava temperaturu 20-25 dərəcə isti olacaq.

Şərqi Gürcüstanda buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə duman olacaq, əsasən Kaxeti bölgəsində hava temperaturu 11-16 dərəcə isti olacaq. Gün ərzində az yağış yağacağı gözlənilir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Ölkədə qarğıdalı və kartof yığımı azalıb
Öncəki yazı
İspaniya Ukraynaya  6 ədəd “Leopard” tankı göndərməyi planlaşdırır