Another advertisement
Qafqaztürk.com xəbər verir ki,Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, iyunun 29-dan iyulun 1-i səhərədək Gürcüstanda yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, Gürcüstanın şərqində bəzi yerlərdə dolu düşəcəyi gözlənilir. İyunun 30-da və iyulun 1-də güclü qərb küləyi əsəcək, dənizdə 4 bal gücündə tufan olacaq.
Onların məlumatına görə, gözlənilən leysan yağışları Gürcüstanın kiçik çaylarında daşqınlara, ölkənin dağlıq ərazilərində isə sürüşmələrin başlamasına və aktivləşməsinə səbəb ola bilər.