Yaşayış binasında baş verən yanğın ölümlə nəticələnib

89

Zuqdidinin mərkəzində yaşayış binasında baş verən yanğında 1 nəfərin tüstüdən zəhərlənərək öldüyü güman edilir. Yanğınsöndürmə bölməsi 3 dəqiqə ərzində hadisə yerinə gəlib, lakin qadın artıq dünyasını dəyişib.

İkinci şəxsin vəziyyəti ağırdır və o, Zuqdidi xəstəxanasından müvafiq klinikaya yerləşdirilib.

Əldə olan məlumata görə, mənzildə ana və uşaq olub.

Hadisənin digər təfərrüatları dəqiqləşdirilir.

Kateqoriya: Cəmiyyət, Region
Sonrakı yazı
Haaqada Donald Tramp və Vladimir Zelenski arasında görüş keçirilir
Öncəki yazı
Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə məktəb şagirdləri Tbilisidə ekskursiyada olublar