This is a specific ad

Yaponiyanın xarici işlər naziri Kiyevə səfər edib

240

Another advertisement

Yaponiyanın xarici işlər naziri Kiyevə səfər edib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Əldə olan məlumata görə, ölkənin xarici işlər naziri Takeşi İvaya Polşadan qatarla Ukraynaya gəlib və bu gün Ukrayna rəsmiləri ilə görüşəcək.

Məlumata görə, Takeşi İwaya ukraynalı həmkarı Adrey Sibiqa ilə danışıqlar aparacaq. Yaponiyanın xarici işlər nazirinin Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməsi də mümkündür.

Məlumat üçün bildirək ki, Takeşi İvaya Şiqeru İşiba keçən ay Yaponiyanın baş naziri vəzifəsinə keçdikdən sonra Kiyevə səfər edən ilk yaponiyalı nazirdir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Bu tarixdə 112-yə daxil olan zənglərə məhdudiyyət qoyulacaq
Öncəki yazı
Paytaxt Tbilisidə aksiya davam edir