• 01 Dekabr 2023 16:47

Yaponiyanın Gürcüstandakı səfiri Marneuliyə səfər edib

Avatar photo

ByHacı Xəlilzadə

Apr 7, 2023

Yaponiyanın Gürcüstandakı səfiri Marneuliyə səfər edib.

QafqazTürk xəbər verir ki, səfir, Marneuli Bələdiyyəsinin Şaumiani və Cereteli inzibati vahidlərinin kəndlərindən tullantıların vaxtında daşınmasını təmin edəcək tullantı (zibil) yığan maşını hədiyyə edib.

Yaponiya Səfirliyi tərəfindən Marneuli Munisipalitetinə tullantı yığan maşının təhvil verilməsi mərasimində Marneuli Bələdiyyəsinin Sakrebulo sədri Amiran Qiorqadze, Kvemo Kartli üzrə dövlət nümayəndəsi Giorgi Doxturişvili, Marneuli bələdiyyəsinin meri Kənan Ömərov, Rayon Bələdiyyə Məclisinin sədrinin müavini Rövşən İsgəndərov və yerli özünüidarəetmənin nümayəndələri iştirak ediblər.

Layihə Yaponiya Səfirliyinin İnsan Təhlükəsizliyi Qrant Proqramı (GGP) çərçivəsində 82 min 243 ABŞ dolları dəyərində maliyyələşdirilib.

Burada məqsəd tullantı problemini həll etmək, ətraf mühiti qorumaq və insan sağlamlığının qayğısına qalmaqdır.

6360cookie-checkYaponiyanın Gürcüstandakı səfiri Marneuliyə səfər edib

Bir cavab yazın